Bank
19.09.2024 / 17:02
“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb
55919
Azad Cavadov “Finex Kredit” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədrliyindən kənarlaşıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, “Finex Kredit”in Müşahidə Şurasına yeni sədri İdarə Heyətinin üzvü Qurbanova Sevinc Nəsirəddin qızı təyin edilib.
Qeyd edək ki, Azad Cavadov “Finex Kredit”in rəhbərliyinə ötən ilin iyun ayında təyin edilmişdi. O, 2007-2017-ci illərdə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru olub.
Xatırladaq ki, “Finex Kredit” BOKT ASC 2023-cü ili cəmi 4 166 manat mənfəətlə başa vurub.
Ötən il BOKT-nin cəmi aktivləri 24% azalaraq 3 milyon 940 min manata enib. Bundan əlavə, kredit portfeli isə 21% azalaraq 2 milyon 845 min manata düşüb.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay