BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
55765

Bəzi kütləvi informasiya vasitələrində Naxçıvan Muxtar Respublikasının yeddi rayonundakı baş həkimlərin və Mərkəzi Xəstəxananın direktorunun işdən azad olunması ilə bağlı məlumatlar dərc olunub.

Valyuta.az xəbər verir ki, yayılan məlumatda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək Regional Tibb mərkəzlərinin direktorları və baş həkimlərinin, eləcə də "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsin direktorunun işdən azad edilməsi iddia olunur.

Məlumatı dəqiqləşdirmək üçün Muxtar Respublikanın Səhiyyə Nazirliyinə sorğu ünvanlanıb.

Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır.

"Bildirmək istəyirik ki, Naxçıvan Muxtar Respublikasında Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) yaradılır.

Şərur Regional Tibb Mərkəzinin (Şərur, Kəngərli və Sədərək), Culfa Regional Tibb Mərkəzinin (Culfa, Ordubad ) və eyni zamanda Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarının və Naxçıvan Mərkəzi Xəstəxanasının direktor və baş həkimlərinin işdən azad olunmalarına səbəb Muxtar Respublikada Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) yaranmasıdır.

Həmin bu adıçəkilən xəstəxanalar Səhiyyə Nazirliyinin tərkibindən çıxaraq TMİB-nin tərkibinə keçəcəklər. Hazırda təhvil-təslim işləri aparılır və bu işlər artıq yekunlaşmaq üzrədir. Məhz sənədləşmə prosesinə görə həmin direktor və baş həkimlər Səhiyyə Nazirliyində işdən azad olunaraq TMİB-də işə bərpa olunacaqlar.

Yəni həkimlər sənədləşmə işlərinin düzgün aparılması üçün Səhiyyə Nazirliyindən çıxıblar, bundan sonra onların əmək kitabçalarına Səhiyyə Nazirliyi deyil, TMİB yazılacaq", - deyə açıqlamada vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin