BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
55728

Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə imzalanıb.

Bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat təşkil edir. Belə müqavilələrlə tez-tez rastlaşırıq. Şirkətlərlə bir evin tikilməsi üçün böyük məbləğlərdə müqavilələr bağlanılır. Bu rəqəmlər nə qədər dəqiq göstəricidir? Rayon yerində bir evin tikilməsi üçün bu qədər vəsaitin ayrılması çox deyilmi?

Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, bu kimi tenderlərin sayı hazırda çoxdur. Əslində tenderlərin nə dərəcədə şəffaf və düzgün keçirilməsi hələ də bəzi hallarda sual altındadır:

“Məsələn, tenderlərin keçirilməsi ilə bağlı kotirovka qiyməti verilir, aidiyyatı qurum bunu elan edir. Kotirovka qiymətlərinin müəyyən olunması üçün hansı şirkətlərin iştirak etməsi, nə dərəcədə şəffaf olması məlum deyil. Tenderdə hansısa şirkət qalib olmaq istəyir, amma digər dırnaq arası yaradılan şirkət yuxarı qiymət verərək tenderin qalibi olur. Bunlar bir az qaranlıq mövzulardır. Bütün bunların araşdırılması qəliz məsələlərdir. Yenə də bu proseslər dövlət qurumlarının üzərində qalır”.

Ekspert bildirdi ki, bu məbləğin nə qədər baha və ya ucuz olmasını bilmək üçün bəzi məqamlara diqqət etmək lazımdır:

“Həmin evin tikintisindən, yoxsa həm də təmirdən söhbət getdiyini bilmək lazımdır. Onun müəyyən avadanlıqlarla təmin olunmasına da diqqət yetirmək lazımdır. Əgər burada evin bütün mebellərindən, istilik sistemlərindən, kondisionerlərindən, yəni bütün ev üçün lazım olan əşyalardan söhbət gedirsə, bu qiymət çox da baha deyil. Əlavə olaraq onu da bilmək lazımdır ki, bu evin sahəsi nə qədər olacaq? Məncə, evin sahəsi 100-120 kvadrat metr olsa, məbləğ çox da yuxarı deyil, amma evin sahəsi 100 kvadrat metrdən az olarsa və avadanlıqlarla təmin olunmazsa, bu zaman həmin qiymət şübhə doğurur”. 

“Belə bir məqamlar da var ki, fərdi evin tikilməsindən əlavə onun hasarlanması, qapılarının qoyulması, həyətyanı sahənin işıqlanıdırılması, kommunikasiya xəttlərinin çəkilməsi də müəyyən xərclər aparır. Həmin evin tikintisində nələrdən istifadə olunması və necə təmir olunması haqqında nə qədər çox məlumatımız olarsa, fikir bildirmək bir o qədər rahat olar” deyə, ekspert əlavə edib.

E.Azadov qeyd edib ki, bu kimi tenderlərdə o qədər qəliz filtrlər qoyulur ki, hər hansı xırda fiziki şəxslər böyük tenderlərə girə bilmir: “Yəni, böyük işləri yalnız böyük şirkətlər daxil ola bilirlər. Bu da orta və kiçik biznesin inkişafı üçün heç bir dəstək yaratmır. Bu da ona gətirib çıxarır ki, böyük şirkət daha da böyüyür və monopolist kimi daha inkişaf edir, böyük layihələrə girir. Böyük şirkətlərin də sayı az olduğu üçün burada rəqabət də az olur. Belə tenderlər elan olunan zaman orada göstəricilər də çox az olur. Yəni, dövlət satınalma saytına girirsən, hər hansı tenderin keçirilməsi ilə bağlı orada layihə göstəriciləri olmur. Məsələn, şəxs tenderdə iştirak etmək istəyirsə, gərək tender haqqı ödəsin, bunun da bəzən məbləği çox olur. Böyük məbləğ ödədikdən sonra məlumatlar açılır. Yenə də lazımı qədər məlumatları görmək olmur”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin