BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9252
  • RUB
    2.1118
  • TRY
    0.044
  • GBP
    2.2614
55705

Təbii ki, təhsil insanların karyera həyatında mühüm elementdir, amma bəzi adlar var ki, məktəbə getmədən, orta məktəbi bitirmədən varlanıb. Bəziləri isə öz sevdikləri işi görmək üçün təhsil aldığı yerləri tərk ediblər.

Valyuta.az təhsil almadan və ya təhsilini bitirmədən varlanan iş adamlarının siyahısını təqdim edir.

Bill Qeyts (“Microsoft”un yaradıcısı) 

Siyahının başında Bill Qeyts qərarlaşıb. Bill Qeyts Harvardda tələbə olarkən heç kimin diqqətini çəkən bir insan deyildi. Harvardda oxumaq bir çox insanın arzusu olduğu müddətdə, Bill Qeyts kompüterlərin işləməsi üçün aparatdan daha çox həmin aparatı idarə edə bilən proqram təminatına ehtiyac duyduğunu aşkar etdikdən sonra öz şirkətini qurmaq üçün məktəbi tərk etdi. Onun kifayət qədər pulu olmadığı üçün dostları ilə poker oynadı, qalib gəldi və “Microsoft”u qurdu. 

Amansio Orteqa (“Inditex”in təsisçisi) 

Gənc yaşlarında Amansio Orteqa geyim mağazasında xadimə işləyirdi. 1972-ci ildə o, öz şirkətini qurmaq üçün xalat tikə bilən yerli qadınlardan ibarət bir qrup təşkil etdi və ilk şirkəti olan “Confecciones Goa”nı qurdu. Daha sonra şirkətin adı “Zara” olaraq dəyişdi və bütün dünyanı əhatə edən mağazalar şəbəkəsinə çevrildi. Onun məktəbə getməsi ilə bağlı heç bir qeyd yoxdur.

Larry Ellison (“Oracle”ın yaradıcısı) 

Orta səviyyəli tək ananın oğlu olan Ellison 1970-ci illərdə CIA üçün orijinal “Oracle” verilənlər bazasını işləyib hazırladı və daha sonra “Oracle” brendini saxlayaraq onu kommersiya bazarı üçün yenidən təchiz etdi. Ellison elm və riyaziyyat üçün güclü istedada malik olmasına baxmayaraq, bir yox, iki kollecdən ayrıldı. Anası öldükdən sonra Urbanadakı İllinoys Universitetini və birinci semestrdən sonra Çikaqo Universitetini tərk etdi.

Liliane Bettencourt (“L'Oreal”ın varisi) 

15 yaşında atası ilə birlikdə şampun şüşələrinin etiketlənməsi və kosmetik məhsulların qarışdırılmasında işləyən Liliane Bettencourt, atası Eugène Schueller 1907-ci ildə kosmetika nəhəngi “L'Oreal” şirkətini quranda onun varisi oldu. Onun heç bir akademik təhsili yoxdur.

Mark Zukerberq (“Facebook”un yaradıcısı) 

Mark Zukerberq Harvardda tələbə olarkən yataqxanada onun ağlına bir fikir gəldi. İlk illərində o, məktəbin ən gözəl və yaraşıqlı şagirdlərinin seçildiyi “Facemash” adlı saytı təsis etdi. Ancaq bunu edərkən məktəbin məlumat bazasını sındırdığı aşkar edildikdə, o, intizam tənbehinə məruz qalır və məktəbdən xaric edilir. Daha sonra Facebook yaratmaq üçün bir neçə dost toplayır. 

Jan Koum (“WhatsApp”ın yaradıcısı) 

Əslən Ukraynadan olan Koum 16 yaşında anasına qoşulub Kaliforniyaya gəldi. San Xose Dövlət Universitetinin Kompüter Elmləri fakültəsinə daxil olan Koum “Yahoo”da işləmək üçün təhsilini yarımçıq qoyub. Yahoo-da təxminən 9 il işlədikdən sonra o, 2009-cu ildə hazırda dünyanın ən böyük mesajlaşma xidmətinə çevrilən WhatsApp-ı qurdu.

Ralph Lauren (“Polo”nun yaradıcısı) 

Ralf Lauren gənc yaşlarından zəngin olmaq istəyirdi. Orta məktəbdə oxuyarkən məktəb yoldaşlarına qalstuk sataraq yavaş-yavaş məqsədinə doğru işləməyə başladı. Orta məktəbi bitirdikdən sonra Baruch Kollecinə qəbul olunan Lauren tez bir zamanda kollecdən ayrılaraq orduya qatılır. Ordudan ayrıldıqdan sonra bir şirkətdə dizayner kimi işləməyə başladı, lakin onun dizaynları bəyənilməyəndə işini buraxdı və bir il sonra özünün “Polo” şirkətini qurdu. 

Sean Parker (Xaker) 

Orta məktəb illərindən proqramlaşdırma və xakerliklə məşğul olan Sean Parker hələ 16 yaşında ikən FTB tərəfindən xakerlik ittihamı ilə həbs edilib. Sonrakı orta məktəb illərində müxtəlif şirkətlərdə proqramlaşdırma üzərində işləməyə davam edən Parker o yaşda artıq ildə 80.000 dollar qazanırdı.

2000-ci illərin əvvəllərinin ən məşhur fayl paylaşım saytı olan “Napster”i quran sahibkar universitetə getmək əvəzinə, onun adından açılan onlarla müəllif hüquqları iddiasından sonra “Napster”i bağlamalı olub. Onun növbəti addımı Mark Zukerberqlə görüşmək və Facebook-un ilk prezidenti olmaq idi.

Qeyb Nevell (“Valve”nin yaradıcısı) 

Harvardda oxuyarkən Qeyb məktəbə çox əhəmiyyət vermirdi və vaxtının çoxunu qardaşının işlədiyi “Microsoft” ofisində keçirirdi. Məktəbi bitirdikdən sonra “Microsoft”da işləməyə başlayan Qeyb 1996-cı ildə “Microsoft”dan ayrılaraq öz şirkəti olan “Valve Corporation”ı qurur. “Valve” bir nəslin məktəbdə uğursuz olmasına səbəb olan “Half Life” və “Dota” kimi kult oyunları edən, eyni zamanda bu gün dünyanın ən böyük oyun platformalarından biri olan “Steam” tətbiqini yaradan şirkətdir.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Banklardan əlini üzənlər buradan kredit götürür- Bəs BOKT-lar sərfəlidir?

Avro dəyər itirərkən, rubl bahalaşıb

Ay Yer kürəsindən uzaqlaşdıqca, günlərin uzunluğu 25 saata çata bilər

"Bitcoin" 99 min dollar oldu - Kriptovalyuta bazarı silkələnir

Məhsuldarlığı həqiqətən artıran nədir? - SƏHƏR OXUSU

Şirkət gömrük sənədlərini vaxtında təqdim etmədiyi üçün cərimələndi

"Google" film istehsalına qədəm qoyur: Yeni layihələr nələr vəd edir?

Etimad Bayramovun ticarət mərkəzinin də borcu var

Müsahibədə seçilmək üçün 5 üsul - Qəbul şansını artırır

"Surmann Group"un külli miqdarda vergi borcu var

Nağdsız ödənişlərdə gecikən geri qaytarmalar – Problem banklarda, yoxsa qanundadır?

Nağdsız ödənişlərdə gecikən geri qaytarmalar – Problem banklarda, yoxsa qanundadır?

"Meta" "Pegasus"a görə 167 milyon dollar cərimə qazandı

Avropada turist izdihamından uzaq, ən yaxşı çimərlik kurortları (SİYAHI)

Stiv Cobs, Bill Qeyts və Mark Zukerberqin uğurunun təəccüblü sirri - Solaxay olmaq

Nəsimi rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

"Microsoft" "Windows" parametrlərini dəyişə bilən süni intellekt təqdim edəcək

BMW-dən ABŞ tarifləri ilə bağlı "dalğalı il" xəbərdarlığı

Azərbaycanlı tələbə ABŞ-da ən böyük VR hakatonlarından birinə rəhbərlik etdi (FOTO)

Azərbaycanlı tələbə ABŞ-da ən böyük VR hakatonlarından birinə rəhbərlik etdi (FOTO)

Bu Agentliyin 873 min manatlıq tenderi ləğv edildi

"Amazon" 4 milyard dollarlıq bulud mərkəzi quracaq

Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

Tikinti şirkətinin 1 milyon manata yaxın vergi borcu var

Abunəçilər su pulunu hissə-hissə ödəyə biləcəklər - RƏSMİ

"NSO Group" şirkəti casusluq edirmiş - "WhatsApp"a 167 milyon dollar təzminat ödəyəcək

4,9 milyonluq tender elan edildi

Nazir müavini işdən çıxarıldı

Prezident İlham Əliyevin Vyetnam KP MK Baş katibi ilə məhdud tərkibdə görüşü başlayıb

Prezidentdən sənaye parkları ilə bağlı Fərman

Yeni dövlət rüsumu müəyyənləşdi - 1 100 manatdan

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin