Statistika
16.09.2024 / 17:48
Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb
55674
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkərə 488.55 ton çay ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu miqdarda çay satışından 4 milyon 372 min ABŞ dolları gəlir əldə olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə xaricə çay satışımız 45,45 ton və ya 10,3 % artıb. Çay satışından əldə olunan gəlir də 383 min ABŞ dolları, yaxud da 9,6 % çoxalıb.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə ixrac olunan çayın bir kiloqramının orta gömrük dəyəri 8,9 ABŞ dolları (15,2 manat) təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay