Hər ay Azərbaycana 250-ə yaxın elektromobil gətirilir - Qiyməti ucuzlaşıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 1 971 ədəd yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәri gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda elektromobilin alışına 78 milyon 483 milyon ABŞ dolları vəsait xərclənib. İdxal olunan bir ədəd elektromobilin orta gömrük dəyəri 39 min 819 ABŞ dolları (67 min 692 manat) təşkil edib.
Orta hesabla bu il hər ay ölkə ərazisinə 246 ədəd elektromobil gətirilib.
Qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 1 803 ədəd olub. Bu dövrdə idxal olunan bir ədəd elektromobilin orta gömrük dəyəri 41 min 118 ABŞ dolları (69 min 900 manat) təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay