IEA 2024-2025-ci illərdə qlobal neft hasilatı ilə bağlı proqnozunu saxlayıb
Avqustda qlobal neft tədarükü gündəlik 80 min barel artaraq 103,5 milyon barelə çatıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.
Bildirilib ki, Liviyada siyasi münaqişənin səbəb olduğu fasilələr, həmçinin Norveç və Qazaxıstandakı obyektlərə texniki xidmət Qayana, Braziliya və digər ölkələrdən tədarüklərin artması ilə kompensasiya edilib.
Avqustda əsas diqqət Liviyaya yönəlib. Bu ölkədə hasilat iyulda qeydə alınmış 1,2 milyon bareldən 500 min barelə qədər azalıb. Liviyada hasilat sentyabrın əvvəlində bu aşağı göstəricilər ətrafında dəyişdiyindən, həmin ay böhran qlobal tədarüklərə ötən ilə nisbətən daha çox təsir edəcək.
Analitiklər bu il qlobal neft tədarükünün gündəlik 660 min barel artaraq rekord həddə - 102,9 milyon barelə, gələn il isə daha 2,1 milyon barel artaraq gündəlik 105 milyon barelə çatacağını proqnozlaşdırırlar.
Eyni zamanda, OPEC+ üzvü olmayan ölkələr bu il və gələn il gündəlik hasilatı 1,5 milyon barel artıracaq, OPEC+ isə 2024-cü ildə hasilatı sutkada 810 min barel azalda, könüllü azalmaların qüvvədə olacağı halda isə gələn il hasilatı 540 min barel artıra bilər.
Avqust hesabatında IEA həmçinin bu il neft tədarükünün 102,9 milyon barelə, gələn il isə 105 milyon barelə qədər artacağını gözləyirdi. "Azalmalar davam etsə belə, gələn il dünya üzrə neft ehtiyatları gündəlik orta hesabla 1,1 milyon barel arta bilər", - IEA hesab edir.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay