Bank
11.09.2024 / 17:26
“Bank of Baku”nun Müşahidə Şurasına təyinatlar olub
55427
“Bank of Baku” ASC-nin Müşahidə Şurasına yeni üzvlər seçilib.
Valyuta.az xəbər verir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Əliyev Mayis Nəbi oğlu və Elkin Nurməmmədov Abdul Qəni oğlu Müşahidə Şurasının müstəqil üzvləri seçiliblər.
Digər qərara əsasən, Rasim Quliyev Mithət oğlu Audit Komitəsinin sədri olmaqla yanaşı, Müşahidə şurasının üzvü kimi qəbul edilib.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
© Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay