"Apple Intelligence" AI sistemi bazardan çox geri qalır
Amerikanın "Apple" şirkəti süni intellektin inkişafında digər şirkətlərlə müqayisədə xeyli geri qalır.
Valyuta.az bu barədə "Mobile Research Group"un aparıcı analitiki Eldar Murtazinin sözlərinə istinadən xəbər verir.
Sentyabrın 9-da "Apple" şirkəti daha güclü prosessor, təkmilləşdirilmiş kameralar və süni intellektə malik "Apple Intelligence" ilə təchiz edilmiş "iPhone 16" və "iPhone 16 Plus" smartfonlarını təqdim edib. Bununla belə, Murtazinin sözlərinə görə, "Apple Intelligence" alqoritmləri "OpenAI" təşkilatı ilə əməkdaşlığa baxmayaraq, bazardan geri qalır.
Ekspert qeyd edir ki, “Apple”dan fərqli olaraq “Samsung” kimi digər şirkətlər artıq ikinci nəsil süni intellektdən fəal şəkildə istifadə edirlər, üçüncü nəsil isə inkişaf mərhələsindədir. Murtazin vurğulayır ki, süni intellektin inkişafının əsas aspekti təkcə alqoritmin yaradılması deyil, həm də onun istifadəçilərdən alınan real məlumatlar üzrə təlim olmasıdır.
Beləliklə, ekspert hesab edir ki, "Apple" öz rəqiblərinin səviyyəsinə yaxınlaşmaq üçün real istifadəçilərin məlumatlarından istifadə etməklə süni intellektə öyrətmə prosesindən keçməli olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay