BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55398

Artıq Azərbaycanda bir sıra banklarda əmanətlər üzrə faiz dərəcələri artırılıb. Belə ki, bəzi banklarda faiz gəliri müddətin sonu əldə etməklə: 1 aylıq - 7%, 3 aylıq - 8%, 6, 12 və 18 aylıq - 11%, ayın sonu əldə etməklə isə 3 aylıq - 7%, 6, 12 və 18 aylıq-10% məbləğində vəsait verilir. 
Bu, son illər ərzində ölkədə olmayan tendensiyadır.

Valyuta.az hazırda ölkədə yaranan bu tendensiyanın səbəbini öyrənməyə çalışıb.

Maliyyə eksperti Xalid Kərimli hesab edir ki, banklar 2, 6, 12, 18 aylıq məhsullar təqdim ediblər. Lakin hazırda əmanətlərə yüksək faiz verməklərinin səbəbi ölkədə milli valyutanın dəyərinin artmasıdır.

Onun sözlərinə görə, Mərkəzi Bank ötən il məcburi ehtiyat normasını milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırıb: “Bu qanun bank sisteminin kredit vermək qabiliyyətinə təsir göstərməklə yanaşı, ölkədə bankların pulunun dəyərini artırıb”.

Ekspert qeyd edib ki, banklar daha çox yüksək faiz verməyə başlayıblar: “Bu prosesin ikinci tərəfi isə kreditlərin faiz dərəcələnin artmasıdır. Kredit faizləri artıb. Banklar bu faizlə pulu cəlb edib, daha yüksək faizlə satırlar”. 

“Digər məqam isə qısamüddətli vəsaitlərə yüksək faiz verilməsi müəyyən likvidlik problemi ilə də bağlı ola bilər. Yəni, sürətli pula da ehtiyacları ola bilər”, - deyə o bildirib. 

O, ölkədəki bankların vəziyyətinə diqqət çəkib: “Hazırda Azərbaycanda fəaliyyət göstərən banklar kifayət qədər stabildir, bir sıra bankların reytinqi artıb. Əvvəlki illərlə müqayisədə bankların vəziyyəti yaxşıdır. Banklar bazarın tələbatı olan sahələr üzrə məhsullar təqdim edirlər”.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin həcmləri 49 milyard 89 milyon manat olub. Bu, 2023-cü ilin 6 ayı ilə müqayisədə 9,3 % və ya 4 milyard 209 milyon manat çoxdur.

2023-cü ilin hesabat dövründə bankların aktivlərinin həcmi 44 milyard 880 milyon manat təşkil edib.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin