Təhsil
10.09.2024 / 11:08
COP29 zamanı bağçalar işləyəcək? - RƏSMİ AÇIQLAMA
55291
Bu ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq.
Valyuta.az xəbər verir ki, bu barədə "Report"un sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işləyən analar üçün bağça önəmlidir: "Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay