Əmək müqaviləsinə xitam verilməsi qaydasında dəyişiklik - MİSALLARLA

Redaktor

15.09.2024 14:17
382

Əmək müqaviləsinə xitam verilməsi qaydasında dəyişiklik - MİSALLARLA

2 avqust 2024-cü il tarixdə Əmək Məcəlləsində edilən  dəyişikliklər qüvvəyə mindi. Yeniliklərdən biri də Məcəllənin 73-cü maddəsində edilən dəyişiklikdir. İnsan resursları üzrə ekspert Ramin Hacıyev  yeni qaydanı “vergiler.az”a şərh edir. 

Bildiyimiz kimi, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsinin qaydalarını müəyyən edir. Əvvəlki redaksiyada müddətli əmək müqaviləsinə xitam verilməsi aşağıdakı qaydada idi:

- əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində xitam verilirdi;

- əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinin xitam verilməsini tələb etmirdisə, müqavilə əvvəlki müddət qədər uzadılmış hesab edilirdi;

- işçinin müəyyən üzrlü səbəbdən (məzuniyyətdə, ezamiyyətdə və 179-cu maddədə nəzərdə tutlan iş yeri və orta əməkhaqqı saxlanıldığı hallarda) iş yerində olmadığı hallarda müddətli əmək müqaviləsinin müddəti bitdikdə işçi işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş müqaviləyə xitam verilə bilərdi.

12 avqust 2024-cü il tarixdən etibarən müddətli əmək müqaviləsinə xitam verilməsi aşağıdakı qaydada həyata keçirilməlidir:

- Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır;

- İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən müqaviləyə xitam verilə bilər.

Dəyişikliklər aşağıdakı məqamları özündə əks etdirir:

- Müddətli əmək müqaviləsinə xitam verilməmişdən ən azı bir həftə öncədən işçiyə yazılı formada xəbərdarlıq edilməlidir;

- Üzrlü səbəbdən işdə olmayan işçinin əmək müqaviləsinin müddəti bitməmişdən ən azı bir həftə öncədən yazılı formada xəbərdarlıq edilmişdirsə, işçi işə çıxdığı gün xitam verilə bilər.

Dəyişiklikləri misallarla izah edək:

Misal 1: Fərz edək ki, işçinin əmək müqaviləsinin müddəti 25.09.2024-cü il tarixdə bitir. Bu halda ən gec 18.09.2024-cü il tarixdə işçiyə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir. Əgər işçiyə ən azı bir həftə öncədən xəbərdar edilməzsə, müddət müqavilədəki müddət qədər uzadılmış sayılacaq.

Misal 2: Hesab edək ki, məzuniyyətdə olan işçinin əmək müqaviləsinin müddəti 01.10.2024-cü il tarixdə bitəcək, lakin işçi məzuniyyətdə olduğu üçün 20.10.2024-cü il tarixdə işə başlayacaq. İşəgötürən həmin işçi məzuniyyətdən qayıdandan sonra əmək müqaviləsinə xitam verilməsi barədə qərar verir. Bunun üçün ən gec 24.09.2024-cü il tarixdə işçiyə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir.

Həmçinin, işçi də işəgötürəni yuxarıda qeyd olunan qaydada yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməklə əmək müqaviləsinin xitam verilməsini tələb edə bilər.

Xəbərdarlığın edilmə qaydasına gəlincə, istər işçi, istərsə də işəgötürən kağız formada və ya ƏMAS-da “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsindən yazılı xəbərdar edə bilər. Belə ki, işəgötürən kağız daşıyıcıda rəsmi qaydada işçiyə xəbərdarlıq məktubu və ya ƏMAS-da “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsindən yazılı formada xəbərdarlıq edə bilər.

Qeyd edək ki, xitam prosesinin sonunda işçiyə sistem üzərindən avtomatik rejimdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat göndərilir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...