Sənaye
04.09.2024 / 17:13
Azərbaycanın sənaye zonalarında 41 milyon manatlıq avtomobil istehsal edilib
54962
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir. Belə ki, 2024-cü ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20% artım deməkdir.
Valyuta.az xəbər verir ki, sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay