Bahalı "Google Pixel" sahibləri ekranla bağlı problemlərdən şikayətlənir
"Google Pixel 9 Pro XL" flaqman smartfonlarının sahibləri toxunuşlara cavab verməyən sensor ekranda problemlərdən şikayətləniblər.
Valyuta.az xəbər verir ki, bu barədə "9to5Google" portalı məlumat yayıb.
Beləliklə, bəzi "Pixel 9 Pro XL" sahibləri qeyd edirlər ki, onların cihazları həmişə ekranın künclərində klikləri düzgün qeyd etmir. Problem xüsusilə aşağı sol küncdəki düyməni istifadə edərək "Google Klaviatura"nı bağlamağa çalışarkən nəzərə çarpır.
Problemin dəqiq səbəbi naməlum olaraq qalır, çünki "Google" vəziyyətlə bağlı hələlik şərh verməyib. İstifadəçilər qeyd edirlər ki, yenidən yükləmə problemi həll etməyə kömək edir, lakin bir müddət sonra o geri qayıdır. Bu, görünür, o deməkdir ki, nasazlıq proqram xarakterlidir və sonrakı yeniləmələrlə düzəldilə bilər.
İndiyədək "Google Pixel 9 Pro XL" istifadəçiləri sensor ekranla bağlı problemlərdən şikayət ediblər, digər modellərin sahiblərində isə belə nasazlıq olmayıb.
Avqustun 13-də "Google Pixel 9" seriyalı smartfonların təqdimatı keçirilib. Qadcetlər yenilənmiş dizayn, "Tensor G4" çipi və süni intellektə əsaslanan funksiyalar alıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay