BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
54408

Bəzi dövlət qurumları müəyyən müddətə ofislər icarəyə götürürlər. Bu icarəyə külli miqdarda məbləğlər ödənilir. 4-5 milyon manatlıq icarə müqavilələrindən söhbət gedir. Maraqlıdır ki, həmin qurumlar eyni binanı tiksələr ya eyni xərc, ya da daha az xərc çıxar. Niyə qurumlar binaları tikməyə deyil, icarəyə götürməyə maraqlıdırlar?

Valyuta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlətin yaratdığı publik hüquqi şəxslərin binaları icarəyə götürməsi təcrübəsi uzun müddətdir var və qurumların ofis icarəyə götürməsi qanunla qadağan deyil: “Bu səbəbdən, bir çox dövlət orqanları və dövlət tərəfindən təsis olunan publik hüquqi şəxslər büdcədən ayrılan vəsait hesabına və ya özlərinin qanun çərçivəsində qazandığı vəsait hesabına icarə tutmaqda daha maraqlı olurlar. Məntiqlə yanaşsaq, yeni binaların tikilməsi daha yaxşı və doğru qərar ola bilər. Biz onu da müşahidə edirik ki, bəzi hallarda icarədə olan dövlət orqanlarının bəziləri zaman keçdikcə bina tikirlər”.

Ekspert bildirdi ki, qurumların binaları icarəyə götürməsində şəxsi maraqlar mühüm rol oynayır: “İcarə müqavilələri bağlanan zaman bəzi hallarda kimlərinsə tanışı, qohumu, yaxın adamı, dostu olan şəxslərlə müqavilə bağlanır. Bu da, həmin şəxslərin maraqları çərçivəsində olur. Təəssüf ki, Azərbaycanda belə hadisələr olur. Amma bu praktikadan yavaş-yavaş uzaqlaşmağa başlayırlar. Artıq görürük ki, hər il icarədə olan dövlət qurumları artıq dövlət büdcəsindən ayrılan vəsait hesabına özlərinə binaların tikintisi ilə bağlı qərarlar da alır. Bu praktika getdikcə daha geniş yayılır. Amma hələ də bu məsələnin qalmasında bəzi hallarda şəxsi maraqlarının rolu böyükdür”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin