Azərbaycanda əhaliyə hansı növ pensiya və sosial müavinətlər verilir?
Cari il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 101,0 min pensiyaçı qeydiyyatda olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 min nəfər çoxdur. Ötən ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 096,6 min pensiyaçı qeydiyyatda olub. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Məlumata görə, bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, bu ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 152,1 min nəfər, əlilliyə görə - 44,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 219,2 min nəfər, ailə başçısını itirməyə görə - 54,5 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,6 min nəfər olub.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 179 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilib. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,5 min ailəsinə 6,8 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 2797 nəfər bir yaşınadək uşağı olan 2714 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 25 uşağa görə 23 ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 11,8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 291 şəxsə isə kompensasiya verilib.
2024-cü ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 21,1 min ailəyə 22,0 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,4 min nəfərə birdəfəlik müavinətlər verilib.
2024-cü il iyulun 1-i vəziyyətinə 61,5 min aztəminatlı ailənin 266,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 109,6 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 397,4 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay