Dizel mühərrikli avtomobillərin satışı zəiflədi - QİYMƏTLƏR
Dizel yanacağı ilə işləyən avtomobillərə maraq nisbətən azalıb.
Xezerxeber.az-ın xəbərinə görə, belə ki, Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiymətinin dəyişməsi və bu iki yanacaq növü arasındakı qiymət fərqinin azalması dizel ilə işləyən avtomobillərin alış sayının əvvəlki aylara nisbətən azalmasına səbəb olub.
Nəqliyyat üzrə ekpert Eldəniz Cəfərovun sözlərinə görə, maliyə baxımından sərfəli hesab olunan avtomobillərə tələbin azalmasına başqa amillər də təsir edir.
Onun sözlərinə görə, tələbatın azalması isə dizel mühərrikli avtomobillərin qiymətində ucuzlaşmaya səbəb olmayıb.
Ekspert hesab edir ki, bazarda daha az sərfiyyatlı, həmçinin, hibrid avtomobillərə tələbat artıb, elektromonbillərə maraq çoxalıb. Hazırda ölkəyə gətirilən yeni avtomobillərin təxminən 20 faizi hibrid mühərrikli, 5 faizi isə elektromobildir.
Yaxın 5 ildə hibrid mühərrikli nəqliyyat vasitələri üzrə bu göstəricinin 30, elektromobillər üzrə isə 15 faizə yüksələcəyi gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay