BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
54265

Turistlər müxtəlif səbəblərdən əl yükü ilə səyahət edirlər - bəziləri baqaj haqqına qənaət etmək istəyir, bəziləri onu itirmək qorxusundan tez-tez çamadanı yoxlamaq istəmir, bəziləri isə sadəcə olaraq yüksüz səyahət etməyi xoşlayır.

Bu arada, aviaşirkətlər, xüsusən də büdcəli aviaşirkətlər bu cür backpacker (kürək çantası ilə səyahət edənlər) sərnişinlərə pul itirmək istəmirlər və buna görə də əl yükünün ölçüsü və çəkisi ilə bağlı getdikcə daha sərt tələblər tətbiq edirlər.

Qaynarinfo "Skyscanner" ən aşağı əl baqajına sahib aviaşirkəti müəyyən edib. 

Çoxlarının fərziyyələrinin əksinə olaraq, bu, Avropanın əsas aşağı büdcəli "Ryanair" və "Wizz Air" aviadaşıyıcıları deyil, Norveçin "Norwegian" şirkətidir. Şirkət sərnişinlərə 30x20x38 sm ölçülü və 10 kq-a qədər olan yalnız bir parça əl yükünü götürməyə imkan verir, o öndəki oturacağın altına sığmalıdır.

Eyni zamanda, "Ryanair" sizə ölçüləri 40x20x25 sm olan, lakin çəki məhdudiyyəti olmadan öndəki oturacağın altına yerləşdirilmiş bir çantanı göyərtəyə götürməyə imkan verir. "Wizz Air" isə 40x30x20 sm ölçülü çanta və ya kürək çantasını 10 kq-a qədər çəki ilə pulsuz daşımağa imkan verir.

"Air France" daha səxavətlidir - Fransa aviaşirkəti sərnişinlərə iki baqaj əşyası götürməyə icazə verir: 55x35x25 sm ölçüdə çamadan, oturacaqların üstündəki baqaj bölməsinə yerləşdirilə bilən çanta və 40x30x15 sm ölçüdə şəxsi əşya. Bu iki maddənin ümumi icazə verilən çəkisi biletin növündən asılı olaraq 12-18 kq-dır.

"British Airways" isə oturacaqların üstündəki baqaj bölməsinə yerləşdirilə bilən 56x40x23 ölçülü çamadanın (çəkisi sərnişinin özü qaldıra bildiyi qədər olmalıdır) və şəxsi əşyaları olan kiçik çantanın pulsuz daşınmasına icazə verir - 40x30x15 sm. 

Niderlandın KLM şirkəti sərnişinlərə ümumi çəkisi 12 kq-a qədər olan çamadan və kiçik çantanı (müvafiq olaraq 55x35x25 və 40x30x15 sm) göyərtəyə götürməyə imkan verir. Almaniyanın "Lufthansa" şirkəti də iki əşya, bir çamadan (55x40x23 sm) və yumşaq paltar çantasına (57x54x15 sm) icazə verir, lakin onların ümumi çəkisi 8 kq-dan çox olmamalıdır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin