Dünyanın ən etibarlı pikapları - 10 MODEL
"iSeeCars" portalının mütəxəssisləri odometri 400 min km-dən çox məsafəni qeyd edə bilən ən davamlı pikapların siyahısını hazırlayıb.
Valyuta.az xəbər verir ki, mütəxəssislər ilk sıraya "RAM 3500"ü qoyurlar. Bu göstəricini bazardakı orta göstərici ilə müqayisə etsək, təxminən 2,2 dəfə yüksəkdir.
Portalın məlumatına görə, ikinci yeri "Toyota Tundra" modeli tutub: onun 400.000 km-i qət etmək ehtimalı 36,6% təşkil edir. Üçüncü yerdə "Chevrolet Silverado 2500HD" qərarlaşıb - onun göstəricisi 29,6%-ə bərabərdir.
İlk "onluğ"a aşağıdakı modellər daxildir:
1. RAM 3500 - 42,6%;
2. Toyota Tundra – 36,6%;
3. Chevrolet Silverado 2500HD – 29,6%;
4. GMC Sierra 2500HD – 29,1%;
5. Chevrolet Silverado 3500HD – 28,7%;
6. Ford F-350 Super Duty – 28,3%;
7. Ford F-250 Super Duty – 27,4%;
8. Ram 2500 – 27,2%;
9. Toyota Tacoma – 26,7%;
10. GMC Sierra 3500HD – 26%.
Əvvəllər məşhur işlənmiş avtomobil eksperti Mett Qudvin 18.000 dollardan aşağı qiymətə alına bilən üç praktiki yük maşını tövsiyə edib. O, sizə "Fiat Fullback"ə diqqət yetirməyi məsləhət görür ki, bu da faktiki olaraq çox etibarlı "Mitsubishi L200" modelinin yenidən işlənmiş versiyasıdır. Ekspert həmçinin "Ford Ranger" 2011-2022 və "Toyota Hilux"u yüksək qiymətləndirib.
Eyni zamanda, Qudvin bazarda çox populyar olan bəzi işlənmiş pikap modellərindən qaçmağı məsləhət görür. Söhbət, xüsusən də Çin "Great Wall Steed"indən gedir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay