Statistika
14.08.2024 / 12:46
Büdcə profisiti 3 milyardı ötüb
53653
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% artaraq 22 milyard 584,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 18 milyard 766,6 milyon manata bərabər olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında büdcənin xərcləri isə 10,4% artaraq 19 milyard 458,4 milyon manata yüksəlib. 2023-cü ilin ilk 7 ayında büdcə xərcləri 17 milyard 620,5 milyon manat təşkil edib.
Bu ilin ilk 7 ayında dövlət büdcəsinin profisiti 3 milyard 126,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 146,1 milyon manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay