Ən dözümlü avtomobillərin adları açıqlandı - "iSeeCars"ın təsnifatı
Amerikanın "iSeeCars" avtomobil təsnifatı əsaslı təmir olmadan 400 min km-dən çox məsafə qət edə biləcək avtomobillərin reytinqini tərtib edib.
Qaynarinfo xəbər verir ki, "iSeeCars" mütəxəssisləri 2012-2023-cü illər arasında satılan avtomobilləri tədqiq edərək, ildə orta yürüşdən istifadə edərək reytinq yaradıblar. Məlum olub ki, bir avtomobilin orta hesabla 400 min km yol qət etmə ehtimalı 8,6% təşkil edir. Amma elə avtomobillər var ki, orada bu rəqəm digər modellərdən daha yüksəkdir.
Beləliklə, reytinqdə lider 36,6% göstərici ilə "Toyota Tundra" pikap maşını olub. Sonrakı yerdə 36,4% balla "Toyota Sequoia" gəlir. Üçüncü yeri 26,8 faizlə "Toyota 4Runner" tutur.
Reytinqə həmçinin "Toyota Tacoma", "Toyota Highlander Hybrid", "Honda Ridgeline", "Chevrolet Suburban", "Toyota Avalon", "Lexus GX", "Chevrolet Silverado 1500", "GMC Yukon XL", "Chevrolet Tahoe", "Honda Pilot", "Honda Accord", "GMC Sierra 1500", "Ford F-150", "Toyota Highlander", "Nissan Titan", "GMC Yukon", "Honda CR-V" daxildir.
Bundan əvvəl "Hotcars" portalı son on ildə ən etibarlı "Toyota" avtomobillərinin reytinqini dərc etmişdi.
Beləliklə, 2014-cü ilin "Toyota Camry" modeli reytinqdə birinci yeri tutub. Mütəxəssislər izah etdilər ki, bu model geri çağırma kampaniyaları və sahiblərdən gələn kütləvi şikayətlərdən təsirlənməyib. İkinci yerdə bir müddət Rusiya Federasiyasında rəsmi olaraq satılan eyni ilin "Toyota Venza" krossoveri olub. İlk üçlüyü 2020 C-HR subkompakt krossoveri qapayır.
İlk 10-luqda həmçinin 2016 "Toyota Corolla", 2018 "Toyota RAV4", 2018 "Toyota Avalon", 2017 "Toyota Prius", 2022 "Toyota Tacoma", 2021 "Toyota Tundra" və 2016 "Toyota Sienna" yer alıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay