Statistika
13.08.2024 / 15:59
Əhali içkiyə və siqaretə 1,5 milyard manat xərcləyib - Son 5 ildə 365 milyon artım
53591
Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 474,6 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur. Ötən ilin eyni dövründə bu xərclər 1 milyard 370,9 milyon manat olub.
Bu ilin göstəricilərini 5 il əvvəl ilə müqayisə edən zaman görünür ki, əhalinin içkiyə və tütün məmulatlarına xərclədiyi pul 365,9 milyon manat artıb. 2020-ci ilin eyni dövründə bu rəqəm 1 milyard 108,7 milyon manat olub.
Əhalinin son 5 ildə içkiyə və tütün məmulatlarına xərclədiyi vəsaitin məbləği ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İllər | İçki və tütün məmulatlarına | ||
xərclənən vəsait (milyon manatla) | |||
2024 yanvar-iyul | 1 474,60 | ||
2023 yanvar-iyul | 1 370,90 | ||
2022 yanvar-iyul | 1 291,80 | ||
2021 yanvar-iyul | 1 203,20 | ||
2020 yanvar-iyul | 1 108,70 | ||
Valyuta.az |
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay