Rusiyada keçmiş "Volkswagen" zavodu avtomobil istehsalına başladı
Rusiyanın AGR Avtomobil Zavodu (keçmiş "Volkswagen" Avtomobil Zavodu) Kaluqada avtomobil yığmağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə hökumətin iclasında Kaluqa vilayətinin qubernatorunun müavini Vladimir Popov danışıb.
"AGR avtomobillərin seriyalı yığılmasına avqust ayında başlayıb və ilin sonuna qədər 27 min avtomobil yığmağı planlaşdırır", deyə o bildirib.
Eyni zamanda, Popov müəssisədə hansı markalı avtomobillərin yığılacağını dəqiqləşdirməyib. O, əlavə edib ki, rayondakı avtoklasterin bütün müəssisələri fəaliyyətini bərpa edib. Belə ki, "Industrial Investments" qrupuna daxil olan AMO (keçmiş "Volvo Trucks") bu il 649 yük maşını yığıb.
"Volkswagen" konserni 2022-ci il martın 3-də Kaluqada və Nijni Novqorodda avtomobil istehsalının dayandırıldığını elan edib. Şirkət bu qərarı Ukrayna hadisələri ilə əlaqədar Qərbin sanksiyaları fonunda tədarük zəncirlərinin pozulması ilə əlaqələndirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay