Azərbaycanda orta aylıq əməkhaqqı 2 dəfədən çox artıb - 10 ilin göstəriciləri
Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1003,3 manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz və ya 86,5 manat çoxdur. Ötən ilin yanvar-may aylarında aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 916,8 manat idi.
Müqayisə üçün bildirək ki, cari ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 10 il əvvəlin eyni dövrünün göstəriciləri ilə müqayisədə 2,2 dəfə və ya 548,5 manat artıb. 2015-ci ilin yanvar-may aylarında bu rəqəm 454,8 manat idi.
Son on il ərzində Azərbaycanda orta aylıq nominal əməkhaqqı göstəriciləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İllər | Orta aylıq əməkhaqqı | Əvvəlki ilin müvafiq | |||
(manatla) | dövrü ilə müqayisə (%) | ||||
2024 yanvar-may | 1003,3 | 9,4 % artım | |||
2023 yanvar-may | 916,8 | 11,1 % artım | |||
2022 yanvar-may | 825,3 | 14 % artım | |||
2021 yanvar-may | 724 | 0,7 % azalma | |||
2020 yanvar-may | 728,9 | 24,9 % artım | |||
2019 yanvar-may | 583,7 | 7,9 % artım | |||
2018 yanvar-may | 541 | 4 % artım | |||
2017 yanvar-may | 520,1 | 6,3 % artım | |||
2016 yanvar-may | 489,5 | 7,6 % artım | |||
2015 yanvar-may | 454,8 | 3,8 % artım |
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay