Statistika
10.08.2024 / 13:00
Bu məhsulların xaricdən alışı satışını iki dəfə üstələyib - Rəqəmlər
53417
Cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrə 26 milyon 127 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların satışı ümumi ixracın 0,20 faizini təşkil edib. Eyni məhsulların xarici ölkələrdən alışı isə bundan iki dəfə çox olub. Belə ki, bu dövrdə Azərbaycana xarici ölkələrdən 54 milyon 354 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri gətirilib. Alış ilə satış arasında iki dəfədən çox fərq yaranıb.
İdxal olunan tütün və tütünün sənaye əvəzediciləri ümumi idxalın 0,61 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay