BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
53387

Seçki prosesi siyasi kommunikasiyaların ən aktiv dövrlərindən biridir. Eyni zamanda müxtəlif platformalı namizədlər cəmiyyətə fərqli mövzularda mesajlar verirlər. Ancaq bu sahədə də strateji kommunikasiyaların qaydalarına əsasən planlı yanaşma gərəklidir.

Ümumi olaraq seçici ilə kommunikasiya 3 hissəyə bölünür. Birinci, müxtəlif sahələrdə deputatlığa namizədin düşüncə və fikirlərini və ya təmsil etdiyi siyasi partiyanın yanaşmasını əks etdirən Siyasi Platforma yaradılır. Platforma mütləq şəkildə hazırlanmalıdır ki, namizdən öz kommunikasiyasını rahatlıqla qursun və böhran halları ilə qarşılaşmasın. Platformaya bəzən proqram və ya manifest adı da verirlər. Platforma nisbətən kompleks dildə hazırlanır və bütün kampaniya dövründə bütün kommunikasiyalarda – seçicilərlə görüşlər, TV və radio çıxışları, sosial səhifələrinin konteninin yaradılması və s. gündəlik şəkildə istifadə olunur. Platformada qeyd olunanlarla bağlı namizəd hər zaman hazırlıqlı və medianın suallarına açıq olur. Platformanın dilinin də öz üslubu var, burada “mən” tipli ismarışlardan istifadə etmək düzgün sayılmır.

Seçkidən sonra, səsvermənin nəticəsində namizəd Milli Məclisə seçilərsə platforma öz qüvvəsini itirmir və deputat onun əsasında öz fəaliyyətini davam etdirə bilir.

Bununla yanaşı seçicinin ən çox qarşılaşdığı kommunikasiya Platforma deyil, ikinci elementdir – mesaj və ya ismarışdır. Seçicilərin əksəriyyəti uzun yazıdan ibarət olan proqramları yadda saxlamır, əvəzinə namizədlərin verdiyi və professionallar tərəfindən hazırlanmış mesajlarını unutmur. Məhz buna görə düzgün mesajların formalaşdırılması, onların namizədin siyasi yanaşmalarını əks ətdirməsi çox vacibdir. İdeal mesajlar qısa olmalıdır. Mütəxəssislər mesaj üçün maksimum 27 söz limiti qoyurlar. Daha uzun mesajlar auditoriya tərəfindən qəbul edilmir və yadda qalmır.

Eyni zamanda unutmaq olmaz ki, mesaj sloqan deyil! Kampaniyanın mesajı seçicilərə namizədin niyə parlament seçkilərinə qoşulduğunu və digər namizədlər sırasından niyə məhz onu seçməli olduqlarını bəyan edir. Mesaj potensial dəstəkşilərə aydın göstərməlidir ki, onların qarşıladığı problemlərə ən yaxşı həllər məhz sizdədir.

Digər vacib məqam da “kod söz”lərdən istifadə ilə bağlıdır. Son illər müxtəlif seçkilərdə “kod sözlərdən” istifadə olunur ki, bu da ən effektiv üsullardan sayılır. Sahənin araşdırmaçısı Castin Xo yazır ki, “kod sözlər” ümumi auditoriyaya deyil, konkret adamlara, konkret seçicilərə yönəlmiş sözlər olur və birbaşa təsir qüvvəsinə malikdir.

Yalnız bu mərhələr bitdikdən sonra kommunikasiya alətləri işə salınmalı və müxtəlif fokus qruplara yönəlmiş mesajlarla kommunikasiya qurulmalıdır. Sloqanların hazırlanması da bu mərhələyə aiddir.

Müəllif: “Viva” kommunikasiya agentliyi
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bankdan sığorta şirkətlərinə göstəriş

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

3 gün ardıcıl iş olmayacaq

18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Türkiyənin “Baykar” şirkətinin ilk peyki kosmosa buraxıldı

Mehdiabaddan Azadlıq prospektinə qədər tramvay xətti olacaq

Rubl, avro bahalaşdı - Günün məzənnəsi

Cənubi Koreya prezidenti həbs edildi

Nüvə şirkətlərinin batareya yarışı - SƏHƏR OXUSU

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin