İşdə uğura təsir edən 10 amil
Həftədə orta hesabla 40 saatını iş yerində keçirən işçilər ailələri ilə müqayisədə həmkarları ilə daha çox vaxt keçirirlər. Xaricdə aparılan yeni bir araşdırmaya görə, işçilərin 70 faizi işdəki xoşbəxtliklərini həmkarları ilə əlaqələndirir.
İşçilərin həyatlarının çox hissəsini keçirdikləri iş yerlərinin sadəcə maaş aldıqları bir yer olmaqdan başqa mənaları var. İngiltərədə aparılan bir araşdırma, iş yerində qurulan dostluqların işçilərin sədaqətinə təsir edən ən mühüm amillərdən olduğunu ortaya qoyur. “Jobsite.co.uk” tərəfindən aparılan bu araşdırmada işçilərin 70 faizi işdə əylənmək bacarığının həmkarlarından asılı olduğunu bildirir. Digər tərəfdən, işçilərin yalnız 55 faizi pul qazanmağı ən vacib amil kimi seçirsə, kişi işçilərin 42 faizi kiminlə işləyəcəyindən asılı olmayaraq daha yüksək qazanclı işə üstünlük verəcəyini bildirir, qadınların isə yalnız 26 faizi daha yaxşısını seçir.
İşdə xoşbəxtliyə təsir edən 10 amil
Araşdırmaya görə, işdə xoşbəxtliyi təmin edən amillər aşağıdakılardır:
Birgə işləyən həmkarlar
Özünü dəyərli hiss etmək
Yaxşı qazanc
Yaxşı iş saatları
Həftə sonu tətili
Menecerlə birlikdə işləmək
Daha az stress
Hörmətli mühitdə işləmək
Məhsuldar iş mühitinin olması
İş yerinin məkanı
İşdəki həmkarlar ən böyük motivasiya mənbəyidir
Araşdırmada diqqət çəkən başqa bir məsələ isə iştirakçıların üçdə ikisinin daha yaxşı təklif alsalar belə, hörmət və sevildikləri bir iş mühiti olsa, ondan imtina edəcəklərini bildirmələridir. İşçilər bildirirlər ki, yaxşı iş mühitinin olması ən azı vacib bir işdə işləmək qədər lazımdır. İştirakçıların 65 faizi işdə bəyəndikləri həmkarları ilə işlədikdə daha xoşbəxt və məhsuldar olduqlarını deyir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay