BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
53336

Əsas nəticələr

•  Saxta tokenlərlə hücumlar kriptovalyuta dələduzluğunun geniş yayılmış növüdür. Bu dələduzluq zamanı cinayətkarlar qanuni kriptovalyutalara bənzəyən dolandırıcı tokenlər yaradırlar və onlardan pul və ya məxfi istifadəçi məlumatlarını oğurlamaq məqsədilə istifadə edirlər.
• Bu tip hücumlar, adətən, dezinformasiya yaymaq məqsədilə «Telegram», «WhatsApp» və ya «WeChat» kimi əlaqə vasitələrindən istifadə edir. Daha geniş yayılmış taktika cari «satışqabağı qiymət»lə müqayisədə «listinq qiymət»in daha yüksək gələcəyi vədi ilə qurbanları cəlb edən tokenlərin «ilkin satışı»nın həyata keçirilməsidir. 
•  Əksər hallarda rəqəmsal aktivlərin itkilərini bərpa etmək mümkün olmur. «Binance» istifadəçiləri davamlı olaraq özlərini qorumağı öyrənməyə, sayıqlığı əldən verməməyə və geniş yayılmış təhlükələri anlamağa çağırır.
 
Saxta tokenlərlə hücum kriptovalyuta dələduzluğunun bir növüdür ki, bu vaxt cinayətkarlar qanuni kriptovalyutalara bənzəyən saxta və ya dolandırıcı tokenlər yaradırlar. Bu saxta tokenlər investorları və treyderləri aldatmaq, onları həqiqi aktivləri aldıqlarına və ya həmin aktivlərlə alqı-satqı etdiklərinə inandırmağa məcbur etmək məqsədilə nəzərdə tutulmuşdur ki, bu da çox vaxt maliyyə itkisi və ya şəxsi məlumatların oğurlanması kimi digər xoşagəlməz hallarla nəticələnir.

Dələduzlar saxta tokenlərdən necə istifadə edirlər?

Həqiqi və onlara bənzəyən saxta tokenlər eyni blokçeyndə, lakin fərqli smart-müqavilə ünvanları ilə və ya fərqli blokçeynlərdə mövcud ola bilər. Saxta tokenlər müxtəlif dələduzluq sxemlərində istifadə oluna bilər.

•  İlkin sikkə təklifləri (ICO) və tokenlərin satışı: Cinayətkarlar saxta ICO-lar və ya tokenlərin satışlarına başlaya, investorları innovativ layihədə erkən iştirak vədi ilə cəlb edə bilərlər. Onlar vəsaiti topladıqdan sonra yoxa çıxırlar və investorlara yararsız tokenlər saxlayırlar.
•  Airdroplar və oynamalar: Saxta tokenlər bəzən airdroplar və ya oynamalar vasitəsilə yayılır, bu zaman istifadəçilərdən şəxsi məlumatlarını təqdim etmək və ya tokenləri almaq üçün kiçik ödəniş etmək tələb olunur. Bu, növbəti dələduzluğa və ya şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.
•  Doldurma və satışa çıxarma sxemləri: Dələduzlar koordinasiyalı alış vasitəsilə saxta tokenin qiymətini süni şəkildə artıra (pamp), sonra isə öz aktivlərini çox yüksək qiymətə sataraq digər investorları qiymətdən salınmış aktivlərlə baş-başa buraxa bilərlər (damp).
•  Launchpool tokenləri ilə dələduzluq: Yuxarıda qeyd edilmiş sxemlər mürəkkəb və həyata keçirilməsi bahalı ola bilər, buna görə də dələduzlar daha ucuz hücumlar, məsələn, «Launchpool» tokenlərindən istifadə etməklə saxta hücumlar təşkil edə bilərlər. Dələduzluğun bu növündə cinayətkarlar nüfuzlu birja tərəfindən aktivin təşviqi və intişarı nəticəsində yaradılan reklamdan faydalanaraq orijinal aksiyanı həyata keçirən «Binance» kimi platformalarla əlaqəsi olmayan qeyri-rəsmi kanallar vasitəsilə bu cür tokenləri endirimlə təklif edə biləcəklərini iddia edirlər.
 

Məsələn, «Binance» tokeni istifadəyə verməzdən əvvəl «Launchpool»un rəsmi tokenlərini təbliğ edir və cinayətkarlar çox vaxt bundan qazanc əldə etməyə çalışırlar. Saxta token bu qədər geniş reklam edilmiş aktivi təqlid etmək məqsədilə nəzərdə tutulduqda dələduzların reklam xərcləri əhəmiyyətli dərəcədə azala bilər və onların etməli olduqları yeganə şey potensial qurbanları təşviq etdikləri tokenin «Binance Launchpool» vasitəsilə təşviq edilən tokenlə eyni olduğuna inandırmaqdır.

Gerçək hallar

BOOM
2024-cü ilin iyul ayında «Binance»ın risklərin təhlili komandası «DEX»də qeydiyyata alınmış BOOM aktivini saxta token kimi müəyyən etdi. Aktiv dərhal bir neçə həyəcan siqnalı verdi ki, bu da onu belə tokenlərə mükəmməl nümunə edir.
•  Likvidlik: «PancakeSwap»da BOOM sikkəsi 3,38 min dollar məbləğində endirim likvidliyinə sahib olub və bütün likvidlik müqavilənin təşkilatçısı tərəfindən təmin edilib. Bu tokenin bazar dəyəri çox aşağıdır.

 

 

•  Şübhəli köçürmələr: Tokenin likvidliyi cəmi bir neçə min dollar təşkil etsə də, bu tokeni alan 11,18 milyondan çox ünvan var. Bu, normal deyil: legitim tokenlərin likvidliyi sahiblərinin sayına mütənasib olmalıdır.

 


•  Satış Vergisi: Tokenin satış vergisi layihə tərtibatçıları tərəfindən müəyyən edilmiş, hər bir tokenin satışından tutulan haqdır. BOOM-la bağlı satış vergisi 100% səviyyəsində müəyyən edilib, yəni kimsə bu tokeni satmağa cəhd göstərdikdə bütün satış məbləği vergi kimi çıxılacaq və satıcı heç bir vəsait əldə etməyəcək.

Belə olan halda dələduzlar satış vergisini 100% məbləğində müəyyən edərək saxta tokeni 11 milyondan çox ünvana göndəriblər. Əgər bu aktivin ticarəti başlasaydı, tokenin tərəfdarı olan insanlar yaradılmış smart-müqavilə vasitəsilə hər satışın 100%-ni əldə edəcəkdilər. Bu hadisə istifadəçilərin arzuolunmaz paylanmalar vasitəsilə aldıqları tokenləri diqqətlə nəzərdən keçirməli olduqlarını xatırladır.


Saxta OMNI

2024-cü ildə «Binance» özünün «Launchpool» proqramı vasitəsilə bir neçə yeni token təqdim etdi. Dünyadakı bütün dələduzlar istifadəçiləri aldatmaq məqsədilə saxta tokenlər yaratmaq imkanlarından yararlanmağa çalışdılar. Məsələn, «Telegram» və ya «WeChat» qrupları kimi qeyri-rəsmi kanallar vasitəsilə «ilkin satınalma» proqramlarının quraşdırılması məşhur sxemdir. Unutmayın ki, istifadəyə verilməzdən əvvəl çoxdan gözlənilən tokenlər üçün həddindən çox cəlbedici qiymətlərin olması həyəcan siqnalı kimi qəbul edilməlidir.

 


OMNI kripto icmasının səbirsizliklə gözlədiyi «Launchpool» tokenlərindən biri olub. Cinayətkarlar bir neçə saxta tokeni, habelə  aşağıdakı skrinşotda göstərilən və Türkiyədə yaradılan tokeni istifadəyə verməyə tələsiblər.

 


Gördüyünüz kimi, bu saxta «OMNI» şəbəkə daxilində qiymət və bazar kapitalizasiyası göstəriciləri üzrə sıfırlara malikdir və yalnız bir neçə sahibə və ümumi köçürmə həcminə malikdir.

Müəyyən etmə və qarşısının alınması üzrə məsləhətlər

•  Müqavilənin ünvanını yoxlayın: Hər bir rəqəmsal tokenlə müqavilənin ünvanı əlaqəlidir. Müqavilə ünvanını həmişə layihənin rəsmi veb-saytı, sosial şəbəkələrdə yoxlanılmış akkauntlar və ya kriptovalyuta listinqinin nüfuzlu platformaları («CoinMarketCap» və ya «CoinGecko») kimi rəsmi mənbələrdən əldə edin. Uyğunluğu təmin etmək məqsədilə müqavilənin ünvanını bir neçə rəsmi mənbədə yenidən yoxlayın.
•  Risk qiymətləndirmə vasitələrindən istifadə edin: Müqavilə kodunun təhlili, svopların təhlili və likvidliyin təhlili tokenlərin riskini aşkar etmək baxımından ən əsas üsullardır, lakin onlar müəyyən səviyyədə kodlaşdırma və blokçeyn üçün spesifik bacarıqlar tələb etdiyi üçün texniki maneələr yarada bilər. Rəqəmsal aktivlərin texniki aspektləri ilə daha az tanış olan istifadəçilər risk ehtimalını qiymətləndirmək üçün nəzərdə tutulmuş istehlakçı alətlərinə etibar edə bilərlər. Məsələn, «Token Sniffer», riskləri müəyyən etməyə kömək edə bilən, istifadəsi asan və rahat vasitədir.
 

•  Risklə bağlı xəbərlərdən xəbərdar olun: Kriptovalyuta məkanında dələduzluqlarla bağlı riskləri azaltmağın ən yaxşı üsulu sənayedəki ən son hadisələrdən xəbərdar olmaqdır. Risklərə həsr edilmiş xüsusi bloqların və təhlükəsizlik xəbərlərinin izlənilməsi həyəcan siqnallarını daha yaxşı aşkar etməyə və dələduzlardan qaçmağa kömək edəcək.

Yekun fikirlər

Saxta tokenlər kriptovalyuta məkanında böyük təhlükə yaradır, məsələ yeni tokenlər olduqda investorların şövqündən və onların yeni imkanları araşdırmaq hazırlığından istifadə edir. Xəbərdar olmaq, hərtərəfli araşdırma aparmaq və diqqətli olmaqla özünüzü dələduzluğun qurbanına çevrilməkdən qoruya bilərsiniz. Həmişə köhnə bir məsəli xatırlayın: Avazın xoş gəlir, oxuduğun Quran olsa!
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropada yay istirahəti üçün 13 gözlənilməz məkan - SİYAHI

Qəpiklə ödəniş edilməsin deyə, belə etdilər -FOTO

Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb

Azərbaycan neft hasilatı ilə bağlı qərar verdi

Azərbaycan dünyada şaftalı ixracatında neçənci yerdədir? - SİYAHI

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Yeni araşdırma: Süni intellekt hansı peşələri əlimizdən ala bilər?

Bu Mərkəz 52 min manatlıq avtomobil alır

İşlənmiş 8 etibarlı avtomobil – 2025-ci ildə almağa dəyər

Səudiyyə Ərəbistanı Premyer Liqasının ən bahalı 10 futbolçusu - SİYAHI

Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi (FOTO)

Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB

Bu fermerlərə 15 min ayrılacaq

Qurban Pirimova yüksək vəzifə verildi

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Azərbaycan və Türkiyə liderləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olublar

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

GPT-4 insanlarla debat testində - 64 faizlə qalib sizcə kim oldu?

Laçın Hava Limanının açılışı oldu, Prezidentlər iştirak etdi - YENİLƏNİB

Laçında bu müəssisələrdə çalışanlar 1000 manat maaş alır

Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş etdi - YENİLƏNİB

Azərbaycanın 9 beynəlxalq hava limanı - SİYAHI

ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünyanın ən bahalı 10 ətri - 2 milyondan başlayır

Müştəri gözləntiləri nədir və necə qarşılanır? - SƏHƏR OXUSU

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin