Statistika
09.08.2024 / 07:43
Bu məhsulun xaricə satışından 50 milyon dollardan çox gəlir əldə olunub - 10 milyona yaxın azalma
53333
Bu ilin birinci yarısında Azərbaycan xarici ölkələrə 8 min 425 ton miqdarında 51 milyon 900 min ABŞ dolları dəyərində meşə fındığı satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3 min 803 ton (31,1 %), dəyər ifadəsi ilə 8 milyon 718 min ABŞ dolları (14,4 %) azdır. 2023-cü ilin yanvar iyun aylarında Azərbaycan xarici ölkələrə 12 min 228 ton miqdarında 60 milyon 618 min ABŞ dolları dəyərində meşə fındığı satıb.
Hesabat dövründə ixrac olunan meşə fındığı ümumi ixracın 0,4 faizini, qeyr-neft sektoru üzrə ixracın 3,25 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay