Ukraynanın Kurska hücumu Avropada qazın qiymətini qaldırdı
Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu fonunda Avropada qazın qiyməti 5,8% artıb.
Valyuta.az xəbər verir ki, bunu ICE birjasında ticarət məlumatları sübut edir.
Ticarət məlumatlarına görə, sentyabr ayında qaz tədarükü fyuçersləri min kubmetr üçün 410 dollardan 438 dollara qədər bahalaşıb. Bu, sutkada 42 milyon kubmetr ötürmə qabiliyyətinə malik Sudja qazölçmə stansiyasının (GIS) yerləşdiyi Kursk vilayətinin Sudjanski rayonuna hücumla əlaqələndirilir.
Bundan əvvəl Avropada qazın birja qiyməti 2023-cü ilin dekabrından bəri ilk dəfə bir kubmetr üçün 435 dolları ötmüşdü.
Avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri sərhədi keçərək Kursk vilayəti ərazisinə daxil olmağa cəhd ediblər. Rusiya Müdafiə Nazirliyi 300-ə yaxın ukraynalı əsgərin Oleşnya və Nikolaevo-Daryino yaşayış məntəqələri yaxınlığında rus qoşunlarının mövqelərinə hücum etdiyini bildirib. Bunun üçün onlar 11 tank və 20-dən çox zirehli döyüş maşınından istifadə ediblər.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə birlikdə rus əsgərləri tərəfindən dəf edilib.
Avqustun 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bəyan edib ki, Ukrayna qoşunlarının Rusiya ərazisinin dərinliklərinə doğru irəliləməsi dayandırılıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri 1000 nəfərlə irəliləyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay