“Volkswagen” gizli şəkildə Rusiyaya qayıdıb - “Jetta”nın simasında
Alman avtomobil konserni “Volkswagen” Rusiya bazarına rəsmi Çin avtomobillərində istifadə olunan texnologiyaları ilə daxil olub.
Valyuta.az xəbər verir ki, bu barədə "Zeit Online" məlumat yayıb.
Mütəxəssislər müəyyən ediblər ki, alman konserninin texnologiyaları iyul ayında Rusiya bazarına çıxan Çinin “Jetta” markasının avtomobillərində istifadə oluna bilər.
Bu marka “Volkswagen”in rəsmi tərəfdaşı kimi çıxış edən Çin avtomobil FAW Qrupunun bir hissəsidir. Şirkətlərin hətta birgə müəssisəsi var.
Genişmiqyaslı işğaldan bir həftə sonra Rusiyanı tərk edən “Volkswagen” məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı şübhələri rədd edib və bu cür xəbərlərin "yalan" olduğunu bildirib.
Bununla belə, rusiyalı istehlakçıların indi ala biləcəyi “Jetta” modellərinin dizaynının “Tiguan” və ya “Polo” kimi “Volkswagen” avtomobillərindən praktiki olaraq heç bir fərqi olmadığını görmək asandır.
Qeyd edək ki, ötən ilin may ayında “Volkswagen” Qrupunun aktivlərini yerli investora sataraq Rusiya Federasiyasını tərk etdiyi barədə məlumat yayılmışdı. Reuters-in məlumatına görə, əməliyyat 125 milyon avro təşkil edib.
Və hətta əvvəllər məlum olub ki, ruslar “Volkswagen”in bütün aktivlərini ələ keçiriblər. İddialara görə, bu, konsernin Rusiya bazarından çıxmasının qarşısını almaq üçün edilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay