Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək.
Valyuta.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.
Onun sözlərinə görə, tədbir Diaspor Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
F.Muradov bildirib ki, Dövlət Komitəsinin növbəti beşillik üçün fəaliyyət planı hazırlanıb: "Qarabağ Universitetinin yaradılması dünya təhsil sistemində Qarabağın adının olması deməkdir. Biz dünyada Azərbaycan dilinin təbliğinə xüsusi diqqət ayırmalıyıq. Yaxın vaxtlarda xaricilər üçün ingilis dilində Azərbaycan dili qrammatikası layihəsinə başlayacağıq. Azərbaycan dili bizim üçün prioritetdir, azərbaycanlı doğma dilini bilməlidir"
Dövlət Komitəsinin sədri həmçinin vurğulayıb ki, Azərbaycan əleyhinə təbliğatlar getdikcə artacaq: "Bu gün Azərbaycana qarşı ikili standartlar var. Gənclər də yaşadıqları ölkələrində ətraflarını bu barədə məlumatlandırmalıdırlar. Azərbaycanın xüsusi təbliğata ehtiyacı yoxdur, reallıqları çatdırmağınız kifayətdir. Dünyada 300-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir. Ancaq bu o demək deyil ki, hamısının işi səmərəlidir. Ona görə də gəncləri diaspor fəaliyyətinə daha çox diqqət göstərməyə çağırıram".
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay