Energetika
02.08.2024 / 10:56
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb - Son 10 ilin göstəriciləri
52907
Cari ilin ikinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 386 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Valyuta.az “BP-Azerbaijan” şirkətinin bu ilin I rübü üzrə biznesə dair yaydığı hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 nəfər və ya 1,6 faiz çoxdur. Ötən ilin eyni dövründə bu işiləri sayı 2 min 349 nəfər idi.
Son 10 ildə isə BP şirkətində işləyən Azərbaycan vətandaşlarının sayı 480 nəfər azalıb. Belə ki, 2015-ci ilin eyni dövründə şirkətdə 2 min 866 nəfər işləyirdi.
BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı illər üzrə aşağıdakı cədvəldə qeyd olunub:
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay