BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8375
  • RUB
    0.0175
  • TRY
    0.0496
  • GBP
    2.2036
52873

Ünvanlı sosial yardımın məbləğinin artırılacağı ilə bağlı gözləntilər yaranıb. Bu mövzu ilə bağlı sosial şəbəkələrdə müzakirələr artıb. Vətəndaşların sözlərinə görə, bu fikrin yaranması üçün bəzi əsaslar formalaşıb. Məsələn, Dövlət Statistika Komitəsinin son açıqlamasına baxsaq, görərik ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb. Bununla da ortaaylıq əməkhaqqı 1007,5 manata yüksəlib.

Bundan əlavə, mütəxəssislər hesab edirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bunlar noyabrın 1-nə qədər təqdim olunacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun bu yaxınlarda brifinqdə etdiyi çıxış da bu siqnalı gücləndirir. Sədr bildirib ki, sosial yardımın əhatə dairəsi genişləndiriləcək.

Bəs görəsən, reallıq nə yerdədir, sosial yardımın məbləği artırıla bilərmi? Bu proses necə reallaşır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin VI çağırış deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, ünvanlı sosial yardımın artırılması birbaşa ehtiyac meyarının dəyişdirilməsi ilə bağlıdır:

"Ehtiyac meyarı artırılanda avtomatik olaraq ünvanlı sosial yardımın məbləğində də eyni nəticəni göstərəcək. Son illər ehtiyac meyarı artırılıb. Bu da ünvanlı sosial yardımın məbləğinə təsir göstərib. 2025-ci ilin büdcə paketi təqdim edilən zaman ünvanlı sosial yardımda hansı səviyyədə artımların olub-olmayacağı müəyyənləşəcək. Büdcə paketində ehtiyac meyarının artırılması ilə bağlı sənəd olarsa, bu, praktiki olaraq 2025-ci ilin yanvarından etibarən ünvanlı sosial yardımın məbləğində də artımlara gətirib çıxaracaq".

İqtisadçı Xalid Kərimli qeyd edib ki, inflyasiyaya uyğun olaraq, yaşayış minimumu və ehtiyac meyarı müəyyən edilir:

"2024-cü ildən etibarən ehtiyac meyarı yaşayış minimumu ilə bərabərləşdirildi. Ünvanlı sosial yardım təyin edilərkən ailə üzvlərinin hər biri üzrə yaşayış minimumunun məbləğləri toplanır və ailənin rəsmi gəlirləri ilə yaşayış minimum arasındakı fərq hökumət tərəfindən ailəyə sosial yardım kimi ödənilir".

X.Kərimli məbləğin hansı halda artırıla biləcəyi ilə bağlı da fikrini bildirib:

"2025-ci il yanvarın 25-də yaşayış minimumu dəyişdiriləcək. Həmin rəqəm inflyasiyaya uyğun yaşayış minimumu və ehtiyac meyarını təyin edəcək. Buna paralel olaraq da ünvanlı sosial yardımın nə qədər olacağı bəlli olacaq. Hökumət bu məsələnin mexanizmini formalaşdırıb".

Ekspert minimum əməkhaqqı ilə sosial yardımın bir-biri ilə əlaqəsi olmadığını qeyd edib:

"2024-cü ildə minimum əməkhaqqı təyin olunmadı. Hökumət hər il bunu etmək məcburiyyətində deyil. Ancaq ünvanlı sosial yardımla bağlı elə mexanizm formalaşdırılıb ki, hər il ehtiyac meyarı və yaşayış minimumu dəyişdikcə (məbləğin artması inflyasiyadan asılıdır), aradakı fərq də dəyişəcək. Yəni ünvanlı sosial yardımın məbləğinin artırılması prosesi bu formada icra edilir".

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili məsələ ilə bağlı sorğumuzu belə cavablandırıb:

"DSMF icraedici orqandır, hər hansı bir dəyişiklik olacağı təqdirdə məlumat verəcəyik".

Xatırladaq ki, son statistikaya əsasən, 270 minə yaxın şəxs ünvanlı sosial yardım paketi ilə əhatə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirlik 8 ədəd kreslo almaq üçün 2 min 500 manat ayırıb

Kirayə qiymətləri kəskin artdı - Günlük 300 manata

İnvestisiya şirkəti “Bitcoin”i satdı, əvəzində bu altkoini aldı

Bəzi yerlərdə arabir yağış yağacaq

"AZPUL"un sahibi rəhbərliyi tam şəkildə dəyişdirib, idarəetməni bir şəxsə ötürdü

“Koç Holdinq”in prezidenti sıfırdan bir şirkət qursaydı, hansı sektora diqqət edərdi?

“Koç Holdinq”in prezidenti sıfırdan bir şirkət qursaydı, hansı sektora diqqət edərdi?

Tikilən kimi dağılan YOLLAR - İstifadə olunan materiallar, yoxsa iş keyfiyyətsizdir?

Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO/YENİLƏNİB)

“VISA” ilə məşhur kriptovalyuta birjası arasında əməkdaşlıq

“Vosmoy” bazarında söküntü işləri aparılır - Video

147 milyon manat pul ölkəyə qaytarılmayıb - Vəzifəli şəxslər həbs edildi

Anna Akopyanın kişi biznesmenlər üçün 1 milyonluq şam yeməyi

Yaponiyada qızılın qiyməti yeni maksimuma çatdı

“Accessbank”ın problemli kreditləri kəskin artıb

“Accessbank”ın problemli kreditləri kəskin artıb

Talıbovlara bağlı daha bir şirkət ləğv olunur

Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər - RƏSMİ AÇIQLAMA

Özbəkistanın IT Parkındakı startaplar 124,7 milyon dollar investisiya əldə ediblər

Qızılın qiyməti 2 800 dollara yaxınlaşır

“Green Card”la Amerikaya getdi, hazırda şirkəti “Google” ilə əməkdaşlığa başlayır - MÜSAHİBƏ

"Visa" 1 400 işçini ixtisar edəcək

"Visa" 1 400 işçini ixtisar edəcək

"Bir çox hallarda ölkədən çıxarılan pullar elə dövlət məmurlarının olur" - Ölkədən qaçırılan milyonlar

Neftimizin qiyməti bu gün də ucuzlaşdı

İlon Mask "X"ı reklam asılılığından qurtara bilmədi

Avro bahalaşdı, rubl ucuzlaşdı - Məzənnə

AMD III Rüb üzrə gəlirlərini açıqladı, səhmləri ucuzlaşdı

AMD III Rüb üzrə gəlirlərini açıqladı, səhmləri ucuzlaşdı

Bu sektordakı şirkətlər ötən ay 188 milyon manat kredit götürüb

Avropa nəhəngi müdafiə xərclərini 3,7 milyard dollar artırır

Şirkətlə vergi orqanı arasında 1,4 milyonluq vergi borcu qalmaqalı

İş yoldaşımızla dostluğun önəmi - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin