Taleh Kazımov hərraclarda valyuta tələbatının artması səbəblərindən danışdı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin başçısı Taleh Kazımov Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə Mərkəzi Bankın valyuta hərraclarında valyuta tələbatının artımını şərh edib.
Valyuta.az xəbər verir ki, bu barədə AMB İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
"Valyuta hərraclarında tələbatın iki dəfədən çox artması, əsasən, dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədardır", - deyə T.Kazımov bildirib.
O deyib ki, ilin əvvəlindən etibarən yalnız yerli şirkətlər və fərdi sahibkarlar xarici tərəfdaşları qarşısında öz borclarını bağlamaq üçün 800 milyon ABŞ dolları ödəyiblər.
"Bundan başqa, dövlət xarici borc üzrə 1 milyard manatdan çox vəsait ödəyib. Bütün bunlar valyuta hərraclarında satışın artmasına təsir edir", - deyə T.Kazımov diqqətə çatdırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay