Bank
31.07.2024 / 12:11
Taleh Kazımov: "Rəqəmsal valyuta buraxmaq planımız yoxdur"
52759
Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) rəqəmsal valyuta buraxmaq planı yoxdur.
Valyuta.az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
"Rəqəmsal valyuta üçün istifadə olunan texnologiya çox vacibdir. Bu səbəbdən bu sahəni mütəmadi izləyirik. AMB digər ölkələrin mərkəzi banklarının bu sahədə nələr etdiyini, nələrə nail olduğunu araşdırır. Rəqəmsal valyuta həm əməliyyatlar, həm də maliyyə sektorunun sabitliyi nöqteyi nəzərindən suallar yaradır. Hazırda bu sahədə hansısa mərkəzi bankın uğurlu məhsulu yoxdur", - deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay