BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
52502

Paytaxtın əksər ərazilərində evlərin kirayə qiymətlərinin yüksək olması hamıya məlumdur. Lakin Bakının mərkəz ərazilərində elə küçələr var ki, orada kirayə mənzillər sözün əsl mənasında fantastik sayıla biləcək qiymətlərə təklif olunur.

Nərimanov rayonu, Teymur Əliyev və Nəsimi rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçələrində evlərin kirayə dəyəri dodaq uçuqladır. Sözügedən küçələrdə evlərin kirayə qiymətləri ortalama 800-1000 manatdan başlayaraq, 5 min, hətta 6 min manata çatır. Maraqlıdır ki, belə evlərin kirayəsinə tələbat həddən artıq çoxdur.

Valyuta.az xəbər verir ki, Yenisabah.az kirayə qiyməti ifrat dərəcədə yüksək olan belə evlərə göstərilən hədsiz rəğbətin səbəblərini araşdırıb. Məlum olub ki, insanlar arasında bu evlərə tələbatın olmasının arxasında olduqca maraqlı və qəribə nüanslar dayanır. Belə ki, Nərimanov və Nəsimi rayonlarının sözügedən küçə və məhəllələrində sakinlərin mütləq əksəriyyəti maddi imkanı olduqca yüksək şəxslərdir. Burada kirayədə yaşamaq istəyən insanlar da məhz bu səbəbdən, yəni varlı və imkanlı insanlarla qonşu olmaq üçün belə evlərə üz tuturlar. Qəribə görünsə də, həmin məhəllələrin kirayəşinləri varlılarla qonşu olmağı xüsusi prestij, nüfuz və “oliqarxlıq” hesab edir. Araşdırmamız zamanı məlum oldu ki, varlıların mədəni və sakit həyatı belə insanlarda ciddi marağa səbəb olur.

Mövzu ilə bağlı soraqlaşdığımız realtorlar bildirdilər ki, belə evlərə müştəri düşən kirayəçilər “harada yaşayırsan?” sualına “Həsən Əliyev küçəsində” və ya “Teymur Əliyev küçəsində” cavabını verə bilməkdən ötrü onlara həvəslə müraciət edirlər. Realtorların sözlərinə görə, qiymətlər baha olsa da, həmin məhəllələrdə olan kirayə mənzillərə tələbat yüksəkdir.

Məlumat üçün bildirək ki, hər iki məhəllədə satışa təqdim olunan mənzil və həyət evlərin qiymətləri də paytaxt bazarında “lider” sıralarda qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin