Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək
"Neuralink" tərtibatçıları beyin implantları olan insanlara smartfon və planşetləri idarə etməyə imkan verəcək "Apple" cihazları üçün proqram üzərində işləyirlər.
Valyuta.az xəbər verir ki, bu barədə İlon Maskın şirkətinin klinik sınaqda iştirak edən implantı olan ilk şəxs Nolan Arbo məlumat verib.
"Onlar onu "Mac" üçün qurmağa çalışırlar və bu, onlara proqramı idarə edə biləcəyim smartfon, kompüter və ya planşet olsun, istənilən cihaza köçürməyə imkan verəcək", deyə Abro bildirib.
Hazırda texnologiya kompüterdə sınaqdan keçirilir, burada beyin siqnallarını oxuyan proqram ekranda kursoru idarə edir. İndi mütəxəssislər kursordan istifadə etməyən cihazlara nəzarəti təmin etmək üçün bəzi dəyişikliklər etməlidirlər.
Arbo yeddi il əvvəl qəza nəticəsində iflic olmuşdu. 2024-cü ilin yanvarında o, Telepatiya beyin implantını sınaqdan keçirən ilk insan olub. Beynin motor funksiyalarına cavabdeh olan nahiyəsinə implantasiya edilən bu cihaz istifadəçiyə kompüteri düşüncə gücü ilə idarə etməyə imkan verir və ilk növbədə, üzvlərindən istifadəni itirmiş insanlar üçün nəzərdə tutulub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay