Rəsmi
24.07.2024 / 16:07
Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək
52339
Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək.
Valyuta.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay