Statistika
23.07.2024 / 11:03
Xaricdən meyvə-tərəvəz alışında 35 milyon dollarlıq artım - Rəqəmlər
52234
Cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrdən 223 min ton miqdarında, 158 milyon 312 min ABŞ dolları dəyərində meyvə-tərəvəz alıb.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 34 min 864 ton (18,5 %), dəyər ifadəsi ilə 35 milyon 873 min ABŞ dolları (29,3 %) çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 188 min 598 ton miqdarında, 122 milyon 439 min ABŞ dolları dəyərində meyvə-tərəvəz alıb.
Hesabat dövründə xaricdən alınan meyvə-tərəvəz ümumi idxalın 1,79 faizini təşkil edib ki, bu da, illik müqayisədə 0,30 % çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay