Şirkətlər 193 milyon manatdan çox pullarını ABB-dən geri götürüblər
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) bu ilin birinci yarısında depozitlərinin həcmi 9 milyard 232 milyon 180 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 1,7 %, yaxud da 164 milyon 5 min manat azdır.
2023-cü ilin sonunda bankın depozitlərinin həcmi 9 milyard 396 milyon 185 min manat təşkil edib.
ABB-də fiziki şəxslərin depozitlərinin həcmi 1,3 % artaraq 2 milyard 183 milyon 603 min manat olub.
2023-cü ilin sonunda bankın fiziki şəxslərinin depozitlərinin həcmi 2 milyard 154 milyon 193 min manat olub.
Bu ilin hesabat dövründə ABB-nin hüquqi şəxslərin depozitlərin həcmi 7 milyard 48 milyon 577 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 193 milyon 415 min manat, yaxud da 2,6 % azdır.
2023-cü ilin sonunda bankın hüquqi şəxslərin depozitlərinin həcmi 7 milyard 241 milyon 992 min manat təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay