BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
52137

Bu ilin ilk beş ayında Azərbaycanda altı milyard 342,6 milyon ədəd siqaret və siqar istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Bu, illik müqayisə ilə 533,6 milyon ədəd və ya 9,2 faiz çoxdur. Həmçinin hazır məhsul ehtiyatı son bir il ərzində 184,6 milyon ədəd və ya 27 faiz artaraq mayın birinə 857,5 milyon ədəd təşkil edib. Bəs görəsən siqaretin zərərləri ilə bağlı davamlı şəkildə aparılan maarifləndirmə, satışının azalması ilə bağlı görülən müxtəlif tədbirlər fonunda ölkədə siqaret istehsalının artım səbəbləri hansılardır?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"Say gənclərin hesabına artır"

Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, həm əhalimizin, həm də siqaret çəkənlərin sayında artım mövcuddur: "Say, əsasən gənclərin hesabına artır. Həmçinin əhali sayında da artım mövcuddur. Siqaretə qarşı mübarizə dünyanın bütün ölkələrində aparılır. Amma istehsal da, çəkənlərin sayı da azalmır. Əksinə, statistika artmaqda davam edir".

R.Quliyevin fikrincə, siqaretin qiyməti nə qədər qalxsa da, bu, siqaret çəkənlərin sayına təsir etməyəcək: "Azərbaycanda bir neçə siqaret fabriki var. Hansı ki xarici brendləri orada istehsal edirlər. Dövlətimiz istənilən formada - qiymət artımı, məhdudlaşdırma tədbirləri ilə siqaret istifadəsinin kəmiyyətini azaltmağa çalışır. Siqaretə yüngül narkotik də deyirlər. İndi qutusu 3-4 manatdır, amma 10 manat da olsa, insanlar yenə də alıb çəkəcəklər. Yaxud ən ucuz və keyfiyyətsiz siqaretdən istifadə edəcəklər. Düşünürəm ki, təbliğat və təşviqat daha güclü olmalıdır. Siqaretin ziyanları barədə sosial videoçarxlar yayımlanmalıdır. Həmin çarxları bütün kanallarda aktiv saatlarda nümayiş etdirmək lazımdır".

"Xammalın istehsalına da imkan yaradılmalıdır"

İqtisadçı Eyyub Kərimli isə bildirdi ki, istehsal nə qədər artsa da, yenə idxaldan asılıyıq: "İstehsalın artması tütün idxalına da təsir göstərir. Ölkəmizdə daha çox xammal birləşdirilir və adı istehsal olur. Bu, ölkədən valyuta axınına da təsir göstərir. Əgər istehsal artırsa, xammalın istehsalına da imkanlar yaradılmalıdır. Amma bu, çox çətin və əziyyətli sahədir. Tütün istehsalı ümumi siqaret istehsalının cəmi beş faizini təşkil edir".

"Siqareti daha da bahalaşdırmalıyıq"

E.Kərimli qeyd etdi ki, əsasən maarifləndirməyə və qadağaları sərtləşdirməyə ehtiyac var: "Artıq gənclər və xanımlar arasında da bu vərdişə qurşananlar az deyil. Dövlət tərəfindən hər altı aydan bir siqaretə tətbiq edilən aksizlərin dəyəri qaldırılır ki, bu da qiymət artımına səbəb olur. Lakin dünyada qiymət nə qədər artsa da, bu, istifadəçilərin sayına təsir etmir. Siqaret daha da baha olmalıdır. Siqaretlə mübarizə üçün maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin daha çox idmana, sağlam həyat tərzinə cəlb edilməsinə çalışmaq lazımdır. Siqaretin tək-tək satılmasının da qarşısı alınmalıdır. Bunu əsasən köşklərdə, universitetlərin yanında müşahidə edirik. Siqaret satışı ilə bağlı qoyulan yaş həddi bir az da yuxarı qaldırılmalıdır. Siqaretlə bağlı müəyyən qadağalar tətbiq olunub. Bunlardan biri ictimai yerlərdə olan qadağalardır. Amma çox zaman buna riayət olunmur".

"Asılılıq yaradan maddələr də qatırlar"

Sosioloq Üzeyir Şəfiyev isə düşünür ki, istehsal bazarın tələbidir və bununla mübarizə mümkünsüzdür: "İstehsal tələb və təklif qanunlarından asılıdır. Tələbat olmazsa, məhsul da istehsal olunmaz. Deməli, istifadəçilərin sayı çoxdur. İstehsalçılar da bazarı fikirləşirlər. Hətta bəzən siqaretin tərkibinə asılılıq yaradan maddələr də qatırlar. Hansı ki, asılılıq yaradır və daha pis vərdişlərə sövq edir. Bu, intihara bərabərdir. İstehsala fokuslanmaqdansa, tələbi azaltmaq üzərində işləməliyik. İstehsal azalsa da, insanlar onu yenə də başqa yollarla tapacaqlar".

Gələcək nəsillər təhlükə altındadır

Ü.Şəfiyev siqaretin hansı yollarla yayılmasından da danışdı: "Siqaret çəkən qadınların sayının artımı ən böyük təhlükədir. Çünki bu, doğulacaq körpələrin sağlamlığı üçün də təhlükə deməkdir. Gələcək nəsillər təhlükə altındadır. Bu cür pis vərdişlər gənc insanları daha tez ağuşuna alır. Siqaret, əsasən, təsir altına düşməklə yayılır. Uşaqlar bir-birinə təklif edir, bəzən hətta məcbur edilir".

Həm maarifləndirmə, həm ailə tərbiyəsi

Sosioloqun sözlərinə görə, valideynlər, təhsil müəssisələri və sosial institutlar bu problemə qarşı birlikdə mübarizə aparmalıdırlar: "Valideynlərin yeniyetmələr və gənclər üzərində nəzarəti daha da güclü olmalıdır ki, övladlarını bu təsirlərdən qoruya bilsinlər. Uşaqları təsir altına düşməkdən qorumaq üçün məktəblərdə məktəblinin dostları, psixoloqlar işlər aparmalıdırlar. Burada həm maarifləndirmə, həm də ailə tərbiyəsi olduqca vacibdir. Valideynin və məktəbin uşağa düzgün nəzarəti olmalıdır. Uşaqların dost, yoldaş seçiminə yumşaq şəkildə müdaxilələr etmək lazımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin