Bank
17.07.2024 / 09:48
Şirkətlər “Express Bank”dan 30 milyondan çox vəsaiti geri çəkib
51891
Bu ilin ikinci rübündə “Express Bank”ın depozitləri 218 milyon 362 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 49 min manat və ya 5,2 % azdır.
Valyuta.az banka istinadən xəbər verir ki, bu dövrdə hüquqi şəxslərin depozitləri 30 milyon 613 min manat və ya 39,1 % azalaraq 47 milyon 663 min manat olub.
Ötən ilin eyni dövründə bankda hüquqi şəxslərin depozitləri 78 milyon 276 min manat təşkil edib.
Hesabat dövründə fiziki şəxslərin depozitləri isə 18 milyon 564 min manat və ya 12,2 % artaraq 170 milyon 699 min manat olub. Keçən ilin eyni dövründə bankda fiziki şəxslərin depozitlərinin məbləği 152 milyon 135 min manat təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay