Statistika
15.07.2024 / 16:15
Bir ayda işsizlərin sayı 5 min nəfərə yaxın artıb
51784
Cari ilin iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 213,6 min nəfər olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm cari ilin iyun ayının 1-i vəziyyətinə 208,9 min nəfər olub. Yəni, son bir ayda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 4,7 min nəfər artıb.
Məlumata görə, onların 44,5 faizini qadınlar, 55,5 faizini kişilər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 411,6 manat olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay