Rəsmi
15.07.2024 / 15:05
Qeydiyyatsız siqaret istehsalı operativ vergi nəzarəti formasına daxil edilib
51775
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Valyuta.az xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi operativ vergi nəzarəti formasına daxil edilib.
Bundan başqa, dövlət başçısı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu 150 manat müəyyən olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay