Statistika
15.07.2024 / 14:37
Əhalinin banklardakı əmanətləri 1 milyard 300 milyon manata yaxın artıb
51769
Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 2024-cü il iyun ayının 1-nə milli valyuta ekvivalentində 13 milyard 678,7 milyon manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 277,3 milyon manat və ya 10,3 % çoxdur.
Əmanətlərin 65,3 faizi milli, 34,7 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,2 faiz artıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay