"Yelo Bank" və "Unibank" mobil bankçılıqda geriləyib - SİYAHI
Beynəlxalq konsaltinq və araşdırma şirkəti "Markswebb" Azərbaycan banklarının mobil bankinq üzrə reytinqini açıqlayıb.
Valyuta.az xəbər verir ki, əvvəlki sıralamalada bir pillə yüksələn “Kapital Bank” 61,4 balla reytinq cədvəlində lider olub.
“Yelo Bank” isə bir pillə geriləyərək 2-ci yerdə qərarlaşıb. ABB 2022-ci il reytinqinə nisbətən 2 pillə irəliləyib və 52,7 balla siyahıda üçüncü olub.
“Rabitəbank”ın reytinqində hər hansı dəyişiklik olmayıb və dördüncü sırada qərarlaşıb.
Reytinqə yeni əlavə edilən “Leobank” ilk beşliyə düşüb.
Bu arada “Bank Respublika” əvvəlkinə nisbətən siyahıda 3 pillə irəliləyib və Azərbaycanda mobil bankinq üzrə 6-cı olub.
"Express Bank” 42,4 balla siyahıda yeddinci olub.
Ən böyün geriləmə isə “Unibank”da olub. Bank 5 pillə geriləyərək reytinqdə 42,3 balla səkkizinci olub.
"Markswebb" 2022-ci il reytinqindən fərqli olaraq bu siyahıya “Azər Türk Bank”(37,8 bal) və “PAŞA Bank”ı (33,2 balla) da əlavə edib. Mobil bankinq üzrə üzrə digər banklardan geri qalan hər iki bank müvafiq olaraq doqquzuncu və onuncu yerdə qərarlaşıb.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay