Marketlərdə ən çox bu məhsullar bahalaşıb
Bu ilin iyun ayında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 1,1 % artıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlə 0,2 %, qeyri-qida məhsulları üzrə 1,0 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 2,4 % bahalaşıb.
Məlumata görə, cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunub.
Ucuzlaşma isə qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun qiymətlərində görünüb.
İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay