Sosial
10.07.2024 / 10:47
6 ayda 23 mindən çox şəxsə əlillik təyin olunub
51457
Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 23,4 min şəxsə əlillik təyin edilib.
Bu barədə Valyuta.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 11,5 mininə ilkin, 11,9 mininə təkrar əlillik təyinatı aparılıb.
"Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub", - deyə məlumatda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay