BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
51432

Baş prokurorluq son günlər müşahidə edilən isti hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib.

Valyuta.az xəbər verir ki, qurumun yaydığı məlumatda bu cür havalarda işin necə qurulmalı olduğu xatırladılıb.

“Əmək qanunvericiliyində əsasən, havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də, havanın temperaturu 41 dərəcə selsidən çox olan sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır” , - rəsmi məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mikayıloğlu" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çexiya Rusiya neftindən imtina edir

Sosial Xidmətlər Agentliyi ofis və anbar icarəsi üçün 1 milyon manat ayırdı

"Shazeli Group" 5000 manat cərimələnə bilər

Bərpa, Tikinti və İdarəetmə Xidməti bu şirkətə 6 milyonluq sifariş verdi

İnzibati xəta protokolu - "SHAH GROUP OF COMPANIES"

Çinin insanabənzər robotları "iPhone" zavodlarında işləyəcək

Dövlət qurumu icarə müqaviləsinə görə şirkəti məhkəməyə verdi

"Tural-A" MTK-yə cərimə protokolu

Belçika "Apple" şirkəti barəsində "qan mineralları" iddialarını araşdırır

Şirkət və vergi orqanı arasında 5,6 milyonluq qalmaqal

Tramp administrasiyasının planları - "Federal işçilərin uzaqdan işləməsinə son veriləcək"

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

Agentliyin 5 milyonluq tenderi ləğv edildi

Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb - Açıqlama

Bazar icarədarları üçün yeni QAYDALAR

Bazar icarədarları üçün yeni QAYDALAR

Kənd təsərrüfatı məhsullarının dəyəri 13 milyarda çatıb

Metroda cərimələr niyə 13.3 dəfə artırıldı? - Açıqlama

Dövlət Xidməti: Məhkumluq arayışları vahid internet portaldan əldə olunacaq

Bu ölkələrdən gətirilən kartof, bibər və konfetdə zərərli orqanizm aşkarlandı

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb

Yasamala yeni DYP rəisi təyin edildi

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin əhatə dairəsi genişlənir

BTC kəməri ilə nəql edilən neftin 80%-dən çoxu Azərbaycanda hasil edilir

Azərbaycanda əlillər əl işlərinin internetdə satışına görə sosial vergi ödəməyəcək

Tullantı suyunun istifadəsi ilə bağlı yeni standart qəbul edildi

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin